Əlaqə Arxiv
news Image
2012.05.16
14:12
| A A A
Onlar “Heydər zirvəsi”ni fəth etdi

Movqe.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə son zamanlar Şahdağ Milli Parkının ərazisinə daxil olan turistlərin sayı artmaqda davam edir. Bu artım özünü may ayında daha qabarıq şəkildə göstərib ki, bu da Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədardır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş kütləvi yürüşlərdə iştirak etmək məqsədilə Şahdağ Milli Parkının qapılarından ümumilikdə 263 nəfər keçib. Bunlardan 223-ü Azərbayan Hava və Ekstremal İdman Növləri Federasiyasının, 31-i Respublika Alpinist Klubunun, 6-sı Bakı Dağçılıq İdman Klubunun, 3-ü isə Azərbaycan Alpinizm Federasiyasının idmançıları olub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətlərə əsasən Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə qalxmaq üçün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından 241, Azərbaycan Alpinizm Federasiyasından isə 57 nəfər müraciət etmiş və birdəfəlik giriş haqqından azad ediliblər.

Sizin Reklam Yeriniz