Azərbaycanda yeni hazırlanan "Milli Qəhrəmanlar haqqında" qanunun parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Milli MəclisdənAPA-ya verilən məlumata görə, bu "Veteranlar haqqında" qanunda və "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnaməyə yeni əlavə edilən müddəalarda öz əksini tapıb.
Yeni qanunda Milli Qəhrəmanlara xüsusi statusların verilməsi nəzərdə tutulur. Xüsusi status həyatda olan Milli Qəhrəmanların sosial təminatının, imtiyazlarının, mənzil, iş yerləri, harada dəfn edilmələri, ictimai funksiyalarını əks etdirəcək. Buraya Azərbaycanda Milli Qəhrəman övladları ali təhsil xərclərindən azad olunması, onların özlərinin və yaxud övladlarının adına olan sahibkarlıq fəaliyyətinin xüsusi vergi güzəştlərinin tətbiq olunması da qanunda öz əksini tapır.
Hazırda Azərbaycanın 211 Milli Qəhrəmanından yalnız 17 nəfəri sağdır.