Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz olacağı gözlənilir.
Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı
gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə
təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 30-da hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə böyük dağlıq
ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq
küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə
10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.