Əlaqə Arxiv
news Image
2013.08.30
12:15
| A A A
Hillari Klinton Müştərək Cəmiyyətlərə dair Bakı toplantısına müraciət göndərib

Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi xanım Hillari Klinton Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun sentyabrın 4-6-da Bakıda təşkil etdiyi Müştərək Cəmiyyətlər Forumunun Yüksək Səviyyədə Toplantısına müraciət göndərib.

Sabiq dövlət katibi Cənubi Qafqaz Forumunun yaratdığı şəbəkənin üzvlərinə və qarşıdan gələn toplantı iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırıb.

Qeyd edək ki, Müştərək Cəmiyyətlərə dair gerçəkləşən Açıq Cəmiyyət Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunub.

Mayın 5-8-də Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda 40-a yaxın ölkənin sabiq dövlət və hökumət başçısı iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində Bakıdan başqa Stokholm, Vaşinqton, Brisbon, Afina, İsgəndəriyyə kimi şəhərlərdə də silsilə xarakterli yüksək səviyyədə toplantıların keçirilməsi nəzərdə tutulub.

Sizin Reklam Yeriniz