İribuynuzlu heyvanlarda yayılan kütləvi virusun qarşısının alınması üçün 2,3 milyon pul ayrıldı
Nazirlər Kabineti kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədi ilə vəsait ayırıb. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb.
Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların,
avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya
maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2
milyon 350 min manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Azərbaycanda 100 mindən çox iribuynuzlu heyvanda
virus xəstəliyi aşkarlanıb.