Əlaqə Arxiv
news Image
2013.08.30
19:58
| A A A
ABŞ Britaniyanı Suriyaya hücuma razı salmağa çalışacaq
merika Birləşmiş Ştatlarının müdafiə naziri Çak Heygel Böyük Britaniya parlamentinin Suriyaya hərbi münaqişəni dəstəkləməməsinə münasibət bildirib. Səfərdə olduğu Filippində prezident 3-cü Beninyo Akino ilə görüşündə bu barədə danışan Çak Heygel bildirib ki, ABŞ britaniyalıların bu mövqeyini dəyişmək üçün təşəbbüsləri davam etdirir. 

"Hər bir xalqın öz qərarlarını qəbul etmək hüququ var və biz bütün xalqların bu hüququna hörmət edirik. Lakin bütün müttəfiqlərimizlə olduğu kimi, britaniyalılarla da məsləhətləşmələri davam etdiririk. Məsləhətləşmələrə Suriyada kimyəvi silah hücumlarına cavab vermək istiqamətində birgə təşəbbüslər daxildir. Britaniyalılar Suriya rejiminin kimyəvi silahdan istifadəsini kəskin şəkildə tənqid edirlər və parlamentdəki səsvermə bunu dəyişmir", - deyə Çak Heyqel bildirib.

Xatırladaq ki, avqustun 21-də Suriyanın paytaxtı Dəməşqdə zarin qazından istifadə nəticəsində azı 355 nəfərin öldüyü iddia edildikdən sonra Böyük Britaniya da ABŞ-la birlikdə Əsəd hökumətini ittiham etmişdi.
Sizin Reklam Yeriniz