Azərbaycan dünyada mühüm bir ölkəyə çevrilib. Xüsusən də enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir.
Bu barədə "Starfor" analitik mərkəzinin rəhbəriCorc
FridmanStrateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə
Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının 2-ci "Dəyişən
Dünyada Cənubi Qafqaz" adlı forumunda çıxışı zamanı deyib.
"Azərbaycan sənayenin inkişafına xüsusi diqqət yetirir və müasir
texnologiyalar tətbiq edir. Azərbaycan ilə ABŞ arasında
münasibətlərin inkişafı aydın təzahür edir".
O vurğulayıb ki, ABŞ Azərbaycanın ən yaxşı müttəfiqidir:
"Azərbaycan və ABŞ-ın birgə maraqları var. Bir sıra məsələlərdə
çətinliklər olsa da hər il maraqların daha da yaxınlaşdığının
şahidi oluruq. Artıq bu iki ölkə arasında münasibətlər dönüş
nöqtəsinə çatıb. Bu səbəbdən də Azərbaycan tərəf ABŞ-dan səslənən
bəzi fikirlərə dözümlülük nümayiş etdirməlidir, çünki ABŞ-dan həm
Azərbaycanın xeyrinə, həm də əksinə fikirlər səslənə bilər".
Fridman bildirib ki, dünya dəyişir, lakin Azərbaycanın maraqları
dəyişmir:
"Bu milli maraqlar isə Azərbaycanın regionda və dünyada stabil
inkişaf etməsi, həmçinin fövqəldövlətlərdən asılı olmamasından
ibarətdir. Bu da məhz Heydər Əliyevin vaxtında uzaqgörən siyasətin
nəticəsində əldə olunub".
O həmçinin qeyd edib ki, Azərbaycanın vahid Avropaya daxil olması
mümkün deyil, çünki Avropanın özündə vahidlik qalmayıb:
"Kim fikirləşir ki, əvvəlki Avropaya qayıdılacaq, bu xəyaldan başqa
bir şey deyil. Avropa qalacaq, ancaq millətlər qitəsinə çevriləcək.
Avropanın çökməsi isə Rusiyaya revanş imkanı yaradır.
Bu o demək deyil ki, Rusiya güclüdür, sadəcə ətrafı zəifdir. Bu
səbəbdən Rusiyaya şeytan kimi, Avropaya isə müqəddəs kimi baxmaqdan
əl çəkmək lazımdır".
C.Fridman vurğulayıb ki, ABŞ-ın regionda maraqları var və onun
mövcudluğunu yaxın gələcəkdə görəcəyik:
"Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı zəruridir.
Bunun üçün Azərbaycanın imkanları və dostları var".