Əlaqə Arxiv
news Image
2013.09.02
14:22
| A A A
Azərbaycanda vərəmin müalicəsi ilə bağlı yeni standartlar tətbiq olunacaq
Şərafət ismayılova: "Vərəmin profilaktikası, Ağciyər vərəminin kimyəvi terapiyası və Vərəmin aşkarlanması üzrə kliniki protokolları Səhiyyə Nazirliyi təsdiqləyib"

Azərbaycanda vərəmin aşkarlanması, müalicəsi və profilaktikasında yeni standartlar tətbiq ediləcək. USAİD-in "Azərbaycanda Səhiyyənin gücləndirilməsi layihəsinin" vərəm üzrə meneceri Şərafət İsmayılovanın Movqe.az-a verdiyi məlumata görə, Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində 7 kliniki protokol hazırlanaraq səhiyyə nazirliyinə təqdim edilib. Protokollardan artıq üçü nazirlik tərəfindən təqsdiqlənib. Digər dördü isə hələki təşviqat mərhələsindədir: "Təsdiqlənən protokollar -Vərəmin profilaktikası, Ağciyər vərəminin kimyəvi terapiyası və Vərəmin aşkarlanması üzrə kliniki protokoldur. Bu protokollar ölkədə vərəmin aşkarlanması və müalicəsi və profilaktikasında yeni müasir yanaşmalara istinad edən standartların tətbiqinə səbəb olacaq. Təsdiq olunmuş kliniki protokollar üzrə bu layihə çərçivəsində xüsusi təlimlər də keçirilib". Ş. İsmayılova bildirib ki, təşviqat mərhələsində olan protokollar isə Uşaqlarda vərəm, Hamilələrdə vərəm,Ağciyərdən kənar vərəm, Vərəmin kompleks müalicəsində cərrahi müdaxilələr üzrə kliniki protokollardır. Qeyd edək ki, vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokol-ların hazırlanması və tətbiqi Nazirlər Kabinetinin təsdiq etdiyi "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nda öz əksini tapıb.

Sizin Reklam Yeriniz