Movqe.Az xəbər verir ki, ABŞ-ın köhnə Prezidentlərindən Corc H.V. Buş, hələ həyatda olmasına baxmayaraq Cənubi Afrikanın əfsanə lideri Nelson Mandelanın ölümündən duyduğu kədərini dilə gətirən başsağlığı mesajı yazıb. Ötən günlərdə Nelson Mandelanın sağlamlığıyla əlaqədar ziddiyyətli məlumatların gəlməsi, "Baba Buş" deyə xatırlanan Corc Buşun da başını ağrıdıb. Dünən, Buşun Tvitter hesabından, Nelson Mandela üçün başsağlığı mesajı nümayiş yayımlanıb. Lakin daha sonra Mandela hələ həyatdaykən nümayiş olunan bu mesajın Buşun spikeri Jim McGarthın "axmaqca səhvi" olduğu açıqlanıb. McGarth, Tvitterdən etdiyi şərhdə, "41-ci prezident bu səhər etdiyi şərh mənim Vaşinqton Postun xəbərini səhv oxumağımdan qaynaqlanır. Axmaq bir səhv etmişəm. Hamıdan üzr istəyirəm" deyib. Mandela, üç ayın sonunda ötən bazar günü müalicə gördüyü xəstəxanadan çıxaarılmışdı. Səlahiyyətlilər, 95 yaşındakı Mandelanın sağlamlıq vəziyyətinin kritik və stabil olmadığını açıqlayıb. Cənubi Afrika Dövlət Başçısı Ceykob Zuma, Mandelanın evində də xəstəxanadakı kimi reanimasiya səviyyəsində müalicə görəcəyini söyləmişdi.