Əlaqə Arxiv
news Image
2013.09.03
17:31
| A A A
Hər gün 5 min Suriyalı ölkəsini tərk edir

Movqe.Az xəbər verir ki, BMT Ali Mühacirlər Komissarlığı (BMMYK), bir il əvvəl 230 min olan Suriyalı qaçqın sayının 2 milyonu aşdığını bildirib. BMT, Suriyadakı vətəndaş müharibəsi səbəbiylə 4.2 milyon insanın da, ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qaldığını söyləyib. BMT-in xoşməramlı səfiri  Ancelina Coli də dünyanın Suriyadakı böhranın sona çatdırılması məsələsində səf addım atdığını düşünür. O, "Vəziyyət pisləşməkdə davam etsə, qaçqınların sayı artacaq və bu vəziyyət bəzi qonşu ölkələri çökmə nöqtəsinə gətirə bilər" deyib. BM məlumatlarına görə, Avqust ayından etibarən İraqda 168 min, Misirdə 110 min, İordaniyada 515 min, Livan 716 min və Türkiyə 460 min Suriyalı mühacir var.  BMT-nin açıqlamasına görə hər gün 5 min Suriyalı ölkəsini tərk edir. Avropa Birliyi ölkələri içində ilk dəfə İsveçin Suriyalı qaçqınlara və yaxınlarına viza vermə qərarı aldığı deyilib. 


Sizin Reklam Yeriniz