Əlaqə Arxiv
news Image
2013.09.04
16:14
| A A A
Parlamentdə porno qalmaqalı

Movqe.Az xəbər verir ki, İngiltərə Parlamentində ötən il düz 300 min dəfə porno saytlarına daxil edildiyi ortaya çıxıb. Huffington Postun xəbərinə görə, məlumat əldə etmə azadlığı qanunu çərçivəsində soruşulan bir suala cavab verən İngiltərə Parlamenti İnformasiya Texnologiyaları Dairəsi ötən il ərzində parlament binasından düz 300 min dəfə porno saytlarına girildiyini açıqlayıb. Dairə, porno saytlarına daxil olma sayının bütün binanı əhatə etdiyini söylərək, bu saytlara baxanların həm parlament, həm də adi işçilərdən ibarət olduğunu söyləyib. Dairənin şərhinə görə porno saytlarına ən çox daxil olma 114 min 884 dəfəylə ötən ilin noyabr ayında olub. 2013-cü ilin  aprel ayında isə 55 min 552 dəfə daxil edilib. Ən az girişin isə 2013-cü ilin Fevral ayında olması diqqət çəkib. Bu tarixdə porno saytlarına yalnız 15 dəfə girildiyi təyin olunub. Dairə bu qəribəliyin səbəbini araşdırır, İngiltərə Vergi Ödəmə Dərnəyi, İngilis Parlamentinin vəzifəsinin xalqa xidmət etmək olduğunu ifadə edərək, vergilərinin vəzifədən xarici məqsədlərə xərclənməsini qəbul etməyəcəklərini bildirib.

Sizin Reklam Yeriniz