Əlaqə Arxiv
news Image
2013.09.06
12:00
| A A A
Regional TV-lər “Azərspace-1” telekommunikasiya peyki ilə yayımlanacaq-Özəl

"Bir neçə regional TV kanalı "Azərkosmos" ASC-ə "Azərspace-1" telekommunikasiya peyki ilə yayım üçün müraciət edib".

Bu məlumatı "Azərkosmos" ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Kamran Əliyev Movqe.az-ın sorğusuna cavab olaraq verib. K. Əliyev bildirib ki,  "Azərspace-1" telekommunikasiya peyki  istər paytaxtdan yayımlanan kanalları, istərsə regionlarda fəaliyyət göstərən əyalət kanallarını yayıma qoşmaq üçün tam texniki hazırlığa malikdir: "Peykin parametrləri buna imkan verir. Hal-hazırda "Azərspace-1" peyki üzərindən regional kanallar yayımlanmır, lakin indiyədək bir neçə regional TV kanalı "Azərkosmos" ASC ilə bu mövzuda əlaqə saxlayıb. Onlara tərəfimizdən qoşulmanın texniki, hüquqi və kommersiya şərtləri barədə məlumat verilib. Onu da qeyd edim ki, peyk üzərindən yayıma qoşulmaq üçün istənilən televiziya kanalı müvafiq texniki imkan və avadanlıqlara malik olmalıdır və bu, kanalların özlərinin öhdəsinə düşən bir məsələdir".



Sizin Reklam Yeriniz