Əlaqə Arxiv
news Image
2013.09.08
15:03
| A A A
“Qələbə meydanı”nda 10 piyada keçidi inşa olunacaq
Son illər işlər "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər və piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər. ki, "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən 6 tunel artıq istifadəyə verilib. Layihəyə əsasən inşa ediləcək 10 piyada keçidindən ikisində işlər tamamlanma mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün platforma quraşdırılacaq. Bundan əlavə, metronun "Gənclik" stansiyasında əlavə iki yeni piyada çıxışının inşası da planlaşdırılıb.  İlk olaraq metronun "Gənclik" stansiyasının Atatürk prospektinə çıxışının "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. Piyada keçidləri də daxil olmaqla tikinti işləri başa çatdıqdan sonra ərazidəki park yenidən qurulacaq.
Sizin Reklam Yeriniz