Bakı sakinini döyüb 40 min matana yaxın pulunu apardılar
Bakı sakinini döyərək külli miqdarda pulunu əlindən alan şəxs
tutulub. Movqe.az-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi,
Nərimanov Rayon Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin
əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində sentyabrın 4-də Ələmdar Zeynalova yumruqla xəsarət
yetirərək onun əlindən çantasını alan şəxs müəyyən edilərək
tutulub.
Bu şəxs Bakı şəhər sakini Yusif Nəsibovdur. Çantanın işində 14 000 Azərbaycan manatı, 24 000 ABŞ dolları, 262 000 rus rublu və 1 ədəd mobil telefon olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.