Əlaqə Arxiv
news Image
2013.09.10
13:39
| A A A
«Nar Mobile» jurnalistlər üçün yeni müsabiqə keçirir

Azərbaycanın mobil rabitə operatoru olan "Azerfon" şirkəti ("Nar Mobile" ticarət nişanı) Multimedia İnformasiya Mərkəzi ilə birlikdə "İnformasiya cəmiyyətinin jurnalisti" proqramı çərçivəsində "Onlayn medianın inkişafına dəstək" layihəsinə start verib.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılmasına yardım etmək və informasiya axınını keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdan ibarətdir.

 

Layihə çərçivəsində İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyi ilə həftəlik təlimlərin təşkil edilməsi və onlayn media müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqənin qaliblərinə və "Twitter" mikrobloqunda keçiriləcək "Ən yaxşı xalq jurnalisti" yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək.

 

"Nar Mobile" və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən bu layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilir.


Sizin Reklam Yeriniz