Future Leaders Exchange Program (FLEX) 2014-2015 tədris ili üçün müsabiqə elan edir. FLEX proqram orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Proqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edirlər. Proqramda iştirak etmək üçün heç bir xərc tələb olunmur. Qaliblər müsabiqə əsasında seçilirlər.
FLEX müsabiqəsində kimlər iştirak edə bilər?
- 1 yanvar 1997-ci il tarixindən sonra, 15 iyul 1999-cı il tarixindən əvvəl anadan olan şagirdlər;
- Müsabiqə keçirilən zaman 9, 10 və 11-ci sinif şagirdi olmalı;
- Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
- İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
- Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
- Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;
Fiziki məhdudiyyətli şagirdlər üçün tələblər:
- 1 mart 1996-cı il tarixindən sonra, 15 iyul 1999-cı il tarixindən əvvəl anadan olan şagirdlər;
- Müsabiqə keçirilən zaman 8, 9, 10 və 11-ci sinif şagirdi olmalı;
- Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
- İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
- Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
- Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;
FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri
Tarix |
Saat |
Həftənin Günü |
Keçiriləcəyi yer |
17/09/2013 |
09:00 |
Cərşəmbə axş. |
Lənkəran – Məktəb # 4 |
23/09/2013 |
09:00 |
Cərşəmbə axş. |
Şəki – Məktəb # 20 |
26/09/2013 |
09:00 |
Cümə axşamı |
Mingəçevir – Məktəb # 10 |
29/09/2013 |
09:00 |
Bazar |
Gəncə – Tekstilnı 3-cü mərtəbə |
03/10/2013 |
09:00 |
Cümə axşamı |
Naxçıvan – Məktəb # 7 |
12-13/10/2013 |
09:00 |
Şənbə/Bazar |
Bakı – Məktəb #8 |
Qeydiyyatdan keçmək üçün bunları gətirmək lazımdır:
- Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi;
- Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil;
- Qələm
FLEX Proqram Amerika Dövləti tərəfindən maliyyələşdirilir və Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
Əlavə məlumat üçün Amerika Beynəlxalq Şurasına müraciət edə bilərsiniz:
Tel: (012) 436 75 29/30/31; Mob. (050)225 81 78;
E-mail: [email protected]