Meksikada torpaq sürüşməsi:13 ölü
Movqe.Az xəbər verir ki, Meksikanın şərqində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsində 13 nəfərin həlak olduğu bildirlib.. Mülki müdafiə səlahiyyətliləri, Verakruz əyalətinin Manzanatitla bölgəsindəki torpaq sürüşməsi səbəbiylə 2 evin torpaq altında qaldığını bildirib.
Evlərdən birində 8 aylıq olmaqla 8-i uşaq, 13 nəfərin öldüyünü yazan rəsmilər, axtarış xilasetmə qruplarının işləri nəticəsində 2 nəfərin
xilas edilə bildiyini açıqlayıb. Meksikanın cənubunda təsirini davam etdirən tropik fırtına şiddətli yağışa səbəb olur.