Uçqun nəticəsində körpüdən asılı qalan mişar daşı dolu yük maşınının sürücüsü ANS PRESS-ə danışıb
"Bura mınim həmişə istifadə etdiyim yoldu". Bunu ANS PRESS-in bölgə müxbirinə açıqlamasında Göyçay, İsmayilli və Ağsu rayonunlarını birləşdirən Mehmanxanlı çayı üzərindəki "Dəmir" adlanan körpünün uçması nəticəsində maşını asılı qalan sürücü Hümbət Novruzov deyib. Onun sözlərinə görə, yük maşını ilə İsmayıllada gedən tikintilərdən birinə mişar daı aparıb. Körpüdən keçəndə qəfildən o uçub və maşın asılı vəziyyətdə qalıb. "Qəza birdən baş verdi. Heç özüm də bilmirəm necə oldu".
Saat 11:10
Bu gecə Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində,İsmayaıllı rayonunun Mehmanxanlı çayı üzərindəki körpü uçub. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Bu zaman yük maşını ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub. Körpüdə hərəkət tam dayandırılıb.
Nəqliyyat vasitələrinin hərəkəti üçün İsmayıllı rayonunun Yekəxana kəndi ərazisindən alternativ yol verilib.
Qeyd edək ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.Qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə ərazidə texniki xidmət sahəsinin işçiləri çalışır.