Əlaqə Arxiv
news Image
2013.09.12
16:00
| A A A
Paytaxt küçələrində dilənçilərə qarşı mübarizə tədbirləri gücləndirəcək-Özəl

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Yol Polisi İdarəsinin (BŞYPİ) İctimai Təhlükəsizlik İdarəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar paytaxt küçələrində dilənçilərə qarşı mübarizə tədbirlərini gücləndirəcək. Bu sözləri Movqe.az-a açıqlamasında BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov deyib. Q. Rəhimov bildirib ki, paytaxtda dilənçilərlə mübarizə mütəmadi olaraq aparılır: "Amma dilənçiləri paytaxt küçələrindən həmişəlik yığışdırmaq  mümkün deyil. Polis əməkdaşları onları qeydiyyatda olduqları əraziyə aparsa da, az keçməmiş dilənçilər yenidən paytaxta üz tururlar. Qanunvericiliklə onlara inzibati cəza  növü müəyyənləşmədiyindən dilənçiləri inzibati məsuliyyətə cəlb etmək də olmur. Ona görə də, paytaxt küçələrindən dilənçilərin yığışdırılması məqsədilə reydlər mütəmadi olaraq keçirilir. Yeni dərs ilinin başlanılması ilə əlaqədar dilənçilərin yığışdırılması məqsədilə mübarizə tədbirləri daha da gücləndiriləcək".

Qeyd edək ki, Eurovision yarışması ərəfəsində paytaxtda dilənçilərin sayı azalsa da, artıq onlara  Bakıda addımbaşı  rast gəlmək olur. Dilənçi və qaraçılar paytaxt küçələrində əhalinin narahatçılığına səbəb olmaqla yanaşı, yolun hərəkət hissəsində avtomobillərin hərəkətində də maneə yaradırlar.

 

Sizin Reklam Yeriniz