Əlaqə Arxiv
news Image
2013.09.12
17:44
| A A A
Bakı metrosunda gediş kartına yüklənməyən vəsaitlər necə geri alına bilər?

Bakı Metropolitenin bütün stansiyalarında serverlərin olmaması yükləmə əməliyyatı zamanı sərnişinin gediş kartına yüklənməyən vəsaitlərin geri qaytarılmasını təmin etməyə imkan vermir. Bu barədə Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Metropolitendən izah ediblər ki, əgər vəsaitin gediş kartına yüklənməsi əməliyyatından sonra aparat qəbz verir, lakin vəsait balansa oturmursa, bu halda sərnişin qəbzi kassirə göstərərək stansiyada olan kassadan öz pullarını geri ala bilər.

Əgər yükləmə əməliyyatı təsdiqləndikdən sonra vəsait balansa oturmayıb, eyni zamanda, aparat qəbz verməyibsə, onda sərnişin terminallar vasitəsilə bütün yükləmə əməliyyatlarının qeydiyyatı aparılan mərkəzi serverin yerləşdiyi "28 May" stansiyasından öz vəsaitini geri ala bilər.

Serverlərin digər stansiyalarda quraşdırılması məsələsinə gəldikdə, Bakı Metropolitenindən qeyd ediblər ki, Metropoliten ölkənin dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına fəaliyyət göstərən büdcə təşkilatıdır. Bununla da serverlərin digər stansiyalarda quraşdırılması bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılandan sonra mümkün olacaq.

Sizin Reklam Yeriniz