Əlaqə Arxiv
news Image
2012.05.17
18:24
| A A A
Karlos Fuentes dünyasını dəyişdi

Movqe.Az BBC-yə istinadən bildirir ki, Meksikalı yazıçı Karlos Fuentes 83 yaşında vəfat etdi.

Həm bədii əsərləri, həm də siyasət və mədəniyyət sahəsindəki yazıları ilə tanınan Fuentes Latın Amerikanın öndə gələn yazıçılarından biri idi.

Fuentesin ən tanınmış əsərləri "Artemio Kruzun Ölümü' və "Böyük Qrinqo" idi.

Mexiko Sitidə ölən yazıçının ölüm səbəbi ilə əlaqədar hər hansı bir məlumat verilməyib.

1928-ci ildə Panamada doğulan Fuentes 16 yaşında Meksikaya köçüb.

Atasının diplomat olması səbəbi ilə uşaqlığının əhəmiyyətli hissəsini Şimal Yarımkürə ölkələrdə keçirib.

Yazıçı bu vəziyyətin Latın Amerikaya müəyyən bir məsafədən tənqidi gözlə baxması şansını verdiyini bildirib.

Fuentes bir çox əsərlərində tarixi hadisələrə böyük yer verib.

Gənc yaşlarında siyasi tənqidçi mövqedə olan ədəbiyyatçıların yaratdığı "boom" hərəkatının öndə gələn adlarından olub.

"Böyük Qrinqo" kitabına 1989-cu ildə kino çəkilib.


Sizin Reklam Yeriniz