BMT Suriyanın kimyəvi silahı qadağan edən konvensiyaya qoşulmasını alqışlayır
BMT-nin baş katibi Pan Gi Mun etiraf edib ki, Suriya hakimiyyətindən kimyəvi silahı qadağan edən konvensiyaya qoşulmaq haqqında məktub alıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, sənəddə göstərilir ki, Suriya konvensiyanın tələblərini yerinə yetirəcək.
Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Cəfəri bildirib ki, bununla da, Suriya konvensiyanın bərabərhüquqlu üzvü olur.
BMT-nin baş katibi Pan Gi Munun bəyanatında deyilir ki, Cenevrədə keçirilən görüşlər tezliklə nəticə verəcək.