Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Tibb Universitetində Səhiyyə Nazirlyi, ATU, Respublika Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 13-cü Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya Konqresi öz işini dəvam etdirir. Ans press-in
verdiyi məlumata görə tədbirin 2-ci günündə dünyanın 19 ölkəsindən 105-dək aparıcı akademik və tibb mütəxəssisləri iştirak edib.
Çıxış edən mütəxəssilər cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə danışıb, müzakirələr aparılıb.
Səhiyyə nazirliyindən bildirilir ki, ümumilikdə qurumun bu vaxta qədər keçirilən 13 tədbirindən 6-sı məhz Azərbaycanda keçirilib. Elmi yeniliklərin qarşılıqlı olaraq tanınmasında, və əlaqələrin inkişafında bu cür konqreslər böyük əhəmiyyət daşıyır.
Daha 2 gün keçiriləcəyi nəzərdə tutulan Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi sentyabrın 15-dək davam edəcək.