Əlaqə Arxiv
news Image
2013.09.16
16:02
| A A A
BŞTTTY briqadaları gücləndirilmiş iş rejiminə keçiblər
Oqtay Şahmalıyev: "Hələki çağırışların sayında artım müşahidə olunmur" Yeni dərs ilinin başlanılması ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları gücləndirilmiş iş rejiminə keçiblər. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Movqe.az-a açıqlamasında bildirib ki, indiyədək TTTY-a məktəblərdən çağırış olmasa da, briqadalar səhər saat 08:00-dan şəhərin məktəblərə yaxın ərazilərinə təhkim olunublar ki, çağırışlara vaxtında yetişsinlər: "Özünüz bilirsiniz ki, bu gün yollarda da sıxlıq yaranıb. Tıxacla əlaqədar TTTY briqadaları çağırışa gecikməmək üçün müxtəlif ərazilərə təhkim ediliblər. Hələki çağırışların sayında artım olmasa da, TTTY briqadaları gücləndirilmiş iş rejimində axşam saatlarınadər fəaliyyətlərini davam etdirəcəklər".
Sizin Reklam Yeriniz