Əlaqə Arxiv
news Image
2013.09.16
16:21
| A A A
Fransa Suriya müqaviləsindən razıdır
Movqe.Az xəbər verir ki, Fransa prezidenti Fransua Hollande ABŞ və Rusiya arasında Suriyanın kimyəvi silah ehtiyatıyla əlaqədar müqaviləni, ölkədəki daxili münaqişəyə siyasi həll tapma yolunda "əhəmiyyətli addım" adlandırıb.

Lakin Hollande televiziyada etdiyi nitqində "Hərbi hücum variantı masada qalmalı, əks halda heç bir təzyiq olmaz" deyib. Hollande, BMT Təhlükəsizlik Şurasında Suriya mövzusunda çıxacaq qərar mövzusunda da haftənin sonuna qədər uzlaşma təmin edilə bikləcəyini söyləyib. Hollande bu gün ABŞ xarici işlər naziri Con Kerriylə Suriya mövzusunu görüşəcək. O, Şamın əməkdaşlıq etməməsi vəziyyətində rejimi məcbur etmək üçün embarqolar qoyulması lazım olduğunu söyləyib.

Hollande və və xarici işlər naziri Laurent Fabius bu gün İngiltərə xarici işlər naziri Uilliam Hague və ABŞ xarici işlər naziri Con Kerriylə yeni BMT qərar layihəsini müzakirə edəcək. Layihə mətni daha sonra Moskvaya göndərilərək Rusiya lideri Vladimir Putinin təsdiqinə təqdim ediləcək. Rusiya və Çin daha əvvəl Suriya rejiminə embarqolar nəzərdə tutan qərar layihələrinə  veto qoymuşdu. 

Sizin Reklam Yeriniz