Qasırğa Tokioya doğru irəliləyir
Movqe.Az xəbər verir ki, Yaponiyanın ən məşhur şəhərlərindən Kyoto, Fukui və Şigada təsirini hiss etdirən Man-Yi qasırğası ucbatından həyat dayanma nöqtəsinə gəlib. Səlahiyyətlilər 400 mindən çox evi azad etsə də, milyonlarla insan qasırğadan ciddi şəkildə təsirlənib. Vaxtaşırı saatda 162 kilometr sürətlə irəliləyən Man-Yi tayfununun, paytaxt Tokioya doğru saatda təxminən 55 kilometr sürətlə irəliləməyə davam etdiyi deyilib. Sürətlə əsən küləyin ağacları köklərindən sökdüyü, vasitələri tərs çevirdiyi və damları uçurduğu görüntülər kameralara əks olunub. 4 nəfərin həlak olduğu, 110 nəfərin yaralandığı və onlarla insandan xəbər alına bilmədiyi bildirilib. 80 min evə elektrik enerjisi verilmədiyi deyilib.