Movqe.Az xəbər verir ki, Çinin orta seqmentindəki Hınan əyalətində tərk edilmiş bir quyuya düşən qadının, 15 gün sonra xilas edildiyi bildirilib. Səlahiyyətlilər, 1 Sentyabrda Şiayi şəhəri yaxınlığındakı Congfıng kəndində 4 metr dərinliyindəki quyuya düşən 38 yaşındakı Su Çişiunun, bir kəndlinin səsini eşitməsi nəticəsində tapıldığını bildirib.
Xilasetmə qruplarının quyudan çıxardığı Şunun, qarğıdalı tarlalarının ortasındakı quyuda yağış suyu içərək və düşərkən yapışmaq üçün qopardığıqarğıdalıları yeyərək həyatda qaldığı öyrənilib. Yaxınları, 15 gündür şəfalı otlar axtarmaq üçün evdən ayrılan suyu axtarırdı. Xəstəxanaya qaldırılan Su, jurnalistlərə "Quyunun içində yeməli heç nə yox idi. Düşərkən qopardığım bir neçə qarğıdalını yedim və hər gün kiminsə məni eşidə biləcəyi ümidiylə qışqırdım. Xilas olma ümidini heç vaxt itirmədim "deyib. Həyat yoldaşı Li Qunming, Sunun 15 gündə 16 kiloqram verdiyini söyləyib. .Li, bədənində hər hansı bir yaralanma olmayan Şu'nun, yemək yeməkdə və danışmaqda hələ çətinlik çəkdiyini sözlərinə əlavə edib.