Əlaqə Arxiv
news Image
2013.09.18
17:04
| A A A
Məhkumlar həbsxanalarda xiyar-pomidor da yetişdirir

Məhkumlar azadlıqdan məhrum edilsələr də, azadlığın onlara verdiyi bəzi vərdişlərdən məhrum edilmirlər. Məsələn, əmək vərdişlərindən. Azadlıqda olan hər kəs üçün işləyib pul qazanmaq vacib olmasa da, məhkumluq həyatı yaşayanlar üçün bu könüllülük prinsipi daşıyır. Amma tikanlı məftillər arxasında da gününü hədər keçirtməyən zəhmətkeş insanlar var. Ədliyyə Nazirliyi Penitensiar Xidməti belə məhkumlar üçün şərait də yaradıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov  Movqe.az-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində məhkumlar istehsalat, fərdi əmək, təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar. İstehsal sahələri olan müəssisələrdə müxtəlif istehlak məhsulları - xalça, tikiş məmulatları, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzlük daşlar, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər, həqiqi hərbi xidmət keçən qulluqçular üçün müasir NATO standartlarına uyğun olan bir və iki laylı çarpayılar, müxtəlif ölçülü dəmir şkaf və seyflər, ofis mebelləri və yumşaq stullar istehsal olunur. Bu istehsal sahələri hal-hazırda 1, 4, 5, 6, 7, 11, 12,1 5 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub. . Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların da sayı əvvəlki illərlə müqayisədə artıb. Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sayəsində son zamanlar irəliləyişlərə nail olunub, əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bununla belə daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür. Bu sahədə həyata keçirilən son tədbir 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixananın təşkili olub. Müəssisənin istehsalat sahəsində istifadəsiz olan 250 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib. Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Müəssisələrin istehsalat sahəsində istifadəsiz olan sahələrdə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixanalar təşkil edilib. Bu istixanalarda eyni zamanda tərəvəz bitkilərinin şitillərinin də yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur. Bir neçə müəssisədə isə açıq hava şəraitində iynəyarpaqlı ağacların toxumlarından şitil yetişdirilməsinə başlanılıb. Məhkumların istifadə etdiyi tərəvəz məhsullar hesabına həm müəssisənin daxili tələbatı ödənilir, həmçinin də, satışa göndərilir. Eləcə də, bütün cəzaçəkmə müəssisələrində fərdi əməklə məşğul olmaq üçün imkanlar yaradılıb. Eləcə də məhkumlar heyvandarlıq və quşçuluq sahələrində də çalışırlar. Məhkumların qazandıqları məbləğ onların hesablarına otuzdurulur. Cəza növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir".


Sizin Reklam Yeriniz