Əlaqə Arxiv
news Image
2013.09.20
12:44
| A A A
Bakıda hərbi avtobus motosikletlə toqquşub: ölən var

Hadisə nəticəsində bir nəfər dünyasını dəyişdi

Yol  Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Puta qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "KAVZ-685" markalı hərbi sərnişin avtobusu ilə "İJ" markalı motosiklet toqquşub. 


Nəticədə motosikletin sürücüsü 1982-ci il təvəllüdlü Vadim İsmayılov ağır bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Sizin Reklam Yeriniz