Əlaqə Arxiv
news Image
2013.09.23
12:00
| A A A
Azərbaycanda qeyri-sabit hava davam edəcək, yağış yağacaq

Sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Mülayim cənub-qərb küləyi əsəcək.

 

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəsmi saytına istinadən məlumat verir ki, havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti müşahidə olunacaq.

 

 

Sizin Reklam Yeriniz