Əlaqə Arxiv
news Image
2013.09.23
13:15
| A A A
Hüquqşünas tələbələrin birinci təcrübə proqramının nəticələri açıqlanıb

Sentyabrın 21-də "JW Marriott Absheron" hotelində "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyinin (AYNHA) "Hüquqşünasların Görüş Yeri" adlı tədbiri keçirib. Tədbirin əsas məqsədi 2013-cü il iyun ayında başlanmış "Hüquqşünas tələbələrin birinci təcrübə proqramı" layihəsinin nəticələrini ictimaiyyətə çatdırmaq olub. Toplantıda Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tanınmış müəllimləri və elmi işçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən bir çox tanınmış hüquq şirkətlərinin rəhbərləri, böyük holdinq və şirkətlərin hüquq departamentlərinin  nümayəndələri də  iştirak ediblər. "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyinin sədri Azər Əmirov çıxış edərək görülən işlərdən və gələcəkdə həyata keçiriləcək layihələrdən bəhs edib. O bildirib ki, bu kimi layihələr gələcək illərdə daha da geniş şəkildə davam etdiriləcəkdir. Azər Əmirov əsasən həyata keçirilən yeni layihənin nəticələri haqqında məlumat verib. Layihənin gənc hüquqşünasların praktik fəaliyyətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini deyən AYNHA rəhbəri tələbələrin marağını xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini Cabir Quliyev öz növbəsində hazırda Azərbaycanda hüquq sahəsində tələbələrimizin nəzəri biliklər baxımından qənaətbəxş, təcrübə baxımından isə çox zəif vəziyyətdə olduqlarını bildirərək, AYNHA-nın bu layihəsini mövcud problemlərin aradan qaldırılmasına dəstək baxımından yüksək qiymətləndirib. Qeyd etdiyimiz kimi, tədbirdə iştirak edən böyük holdinq nümayəndələri də çıxış edərək hüquqşünas tələblərin təcrübə proqaramı layihəsinin önəmini dilə gətiriblər. Bunlardan "Paşa Həyat Sığorta" şirkətinin insan resursları və hüquq departamentinin müdiri Lalə Cəfərova indiki tələbələrin daha çox imkanlara sahib olduğunu qeyd edib. AYNHA rəhbərliyinə öz minnətdarlığını bildirən Lalə xanım gələcəkdə də bu kimi layihərlərdə əlindən gələn köməkliyi əsirgəməyəcəyini vurğulayıb. Daha sonra Azərbaycan Respubliası Prezidenti yanında Dövlər İdarəçilik Akademiyasının Hüquq fakültəsinin Hüquqi təminat kafedrasının müdiri Oruc Məmmədov çıxış edərək müəllimi olduğu universitetin belə layihələri dəstəklədiyini və özlərinin həyata keçirdikləri tələbələrin təcrübə proqramları və digər imkanlarından bəhs edib. Oruc Məmmədov çıxışı zamanı AYNHA ilə birlikdə belə fəaliyyətləri həyata keçirə biləcəklərini qeyd edib. AYNHA-nın yenicə əməkdaşlığa başladığı ELSA (Avropa Hüquqşünas Tələblər Assosiasiyası) Azərbaycanın prezidenti Sirac Sultanlı da çıxışında keçirilən layihə haqqında xoş fikirlər irəli sürüb. AYNHA ilə mövcud əməkdaşlığın daha da genişlənməsini qarşıdakı məqsədlərdən hesab edən S.Sultanlı təcrübə proqramında uğur qazanmış 21 tələbəni bu il ilk dəfə keçiriləcək Azərbaycan Gənclərinin Sammitində iştirak etməyə dəvət edib. AYNHA İctimai Birliyinin baş katibi Elməddin Mehralıyev hüquqşünas tələbələr üçün nəzərdə tutulmuş bu kimi layihələrin gələcəkdə daha geniş və əlverişli imkanlarla keçiriləcəyini bildirib. O, çıxışında tələbələrə gələcək illərdə Azərbaycanla yanaşı Türkiyənin Ankara, İstanbul və Antalya kimi şəhərlərində 50-dən çox hüquq şirkətində təcrübə proqramlarının keçiriləcəyi xəbərini verib. Daha sonra AYNHA İcrimi Birliyinin tələbə təcrübə proqramında fərqlənmiş tələbələrə sertifikatlar və xüsusi hədiyyələr təqdim edilib.

Sizin Reklam Yeriniz