Əlaqə Arxiv
news Image
2013.09.23
18:20
| A A A
KTN: ""Bazarlarda texniki sort kartofun qida məqsədilə satışa çıxarılması yolverilməzdir"

"Bazarlarda texniki sort kartofun qida məqsədilə satışa çıxarılması yolverilməzdir. Bu sort kartoflar emal üçün istehsal olunur və müxtəlif növ məhsullar əldə etmək üçün istehsalatda istifadə olunur".

Bu məlumatı Movqe. az-a texniki sort kartofun bazarlarda yeyinti məhsulu adı ilə saatışa çıxarılmasına münasibətində Kənd Təssərrüfatı Nazirliyindən bildiriblər. Nazirlikdən Movqe.az-a bildiriblər ki, Azərbaycanda texniki sort kartof əkilmir: "Texniki sort kartof ölkımizə xaricdən gətirilir. Həmin kartoflar sərhəddən keçiriləndə Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır. Hansı sort kartof olması müəyyənləşdirilir. Və məhsulun sənədində texniki sort kartofdursa, bu mütləq qeyd edilir. Bazarda belə məhsulun yeyinti məhsulu adı ilə satışı yolverilməzdir. Çünki, məhsul satışa çıxarılarkən onun sənədi tələb olunmalı, texniki sortdursa, yeyinti məhsulu adı ilə satışına yol verilməməlidir".

Nazirlikdən bildiriblər ki, alıcı texniki sort kartofu yeyinti üçün yetişdirilən sortdan yalnız böyüklüyünə görə ayıra bilər: "Texniki sort kartofların ölçüləri böyük olur. Çünki, bu sort emal üçün nəzərdə tutulur. Nişasta, spirt emalı zamanı həmin sortdan istifadə edilir". 

Qeyd edək ki, son günlər bazarlarda xaricdən gətirilən texniki sort kartofun yeyinti məhsulu kimi satışa çıxarılması ilə bağlı məlumatlar dolaşır.Məlumatlara görə, ölkəyə Türkiyə, İran, Pakistan və Rusiyadan kartof idxal edilir. Ekspertlər iddia edirlər ki, İrandan və Türkiyədən gələn kartoflar əsasən texniki sortlardır.Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu, kartofun xarici görünüşündən də hiss olunur:"Hətta bəziləri də heyvandarlıqda istehsal olunan kartoflardır ki, onların dəyəri çox ucuzdur. Məsələn, 2011-ci ildə Rusiyadan idxal olunan kartofun idxal dəyəri 1 kq üçün 2.5 qəpik olub. Bu dəyər ona görə ucuz olub ki, Rusiyada məhsuldarlıq bir hektarda 100 tona qədər idi. Görünür ki, gübrələrdən çox istifadə etdikləri üçün o qədər məhsul əldə edə biliblər. Kartof da xüsusən kalium gübrəsini çox sevir. Bunun da hər bir sort üçün öz norması var. Kalium gübrəsi ərzaq üçün istifadə edilən kartofa az vurulur. Bu baxımdan xaricdən gələn kartofun xarici görünüşü onu deməyə əsas verir ki, həmin məhsul yetişdirilən zaman gübrələrdən daha çox istifadə olunub. Xüsusən də kalium gübrəsindən. Bu da normadan artıq olduğu üçün insan orqanizmində fəsad yaradır. Digər bir maddə də solonindir. Solonin orqanizm üçün olduqca zərərli maddədir. İstehsalçı eyni anda həmin kartofdan çox istifadə edərsə, ölüm həddinə qədər çata bilər".

Ekspertin sözlərinə görə, adi insan üçün kartofun tərkibindəki nitratın miqdarını təyin etmək çətindir: "Amma ilkin olaraq xarici görünüşünə baxıb, onun keyfiyyətini yumruların həcmi ilə müəyyən etmək olur. Əgər yumruların həcmi həddindən artıq böyükdürsə, deməli, qidalanma zamanı ona daha çox mineral gübrə verilib. İkincisi, ərzaq kartofunun gözcükləri üzdə, texniki sortların gözcüyü isə dərində olur. Bundan başqa, ərzaq kartofunda gözcüklərin sayı çoxluq təşkil edir. Bir də ki, əgər kartofun üz hissəsinin rəngi yaşıllaşıbsa, bu da zərərlidir".





Sizin Reklam Yeriniz