Daxili Qoşunların zabiti dünyasını dəyişib
Daxili Qoşunların zabiti xəstəlikdən dünyasını dəyişib.
Məlumata görə, hadisə bu gün Daxili Qoşunların hospitalında qeydə alınıb. Hospitalın həkimi, kapitan Adil Quliyev xəstəlikdən vəfat edib.
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumatda faktı təsdiqləyiblər.