Əlaqə Arxiv
news Image
2013.09.25
16:13
| A A A
Dövlət Baytarlıq Xidməti Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Dövlət Baytarlıq Xidməti (DBX) hər il olduğu kimi, qarşıdan gələn Qurban bayramı ilə əlaqədar rayonlarda, xüsusilə də Bakı şəhərinə gətirilən heyvanların satışının təşkili üçün ayrılan yerlərdə baytarlıq xidmətini həyata keçirəcək.


Bunu APA-ya açıqlamasında DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, rayon mərkəzlərində, bazarlarda DBX gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Biz Bakı Şəhəri İcra Hakimiyyətinin ayırdığı konkret yerlərdə kəsilən heyvanların sağlam olmasına, dini qaydalara uyğun kəsilməsinə nəzarəti yüksək səviyyədə həyata keçirəcəyik. Bununla bağlı Rayon Baytarlıq idarələrinə də göstəriş vermişik ki, tam nəzarəti həyata keçirsinlər".

 

Y. Xanvəli onu da əlavə edib ki, heyvanlar diri gətirilərkən, onlar baytarlıq şəhadətnaməsi əsasında yoxlanılır: "Yoxlanıldıqdan sonra isə satışa çıxarılan heyvanlara baytar mütəxəssisləri tərəfindən texniki baxış keçirilir. Həmin heyvanın sağlamlığına əmin olduqdan sonra onun satışına icazə verilir".

 


Sizin Reklam Yeriniz