Əlaqə Arxiv
news Image
2013.09.25
18:52
| A A A
QİÇS-ə yoluxan 37 nəfərin yaşayış yeri naməlumdur-Özəl

Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2013-ci ilin 6 ayının sonunadək 3944 İİV-ə yoluxmuş insandan 37 nəfərin (0,9%) yaşayış yeri naməlumdur. Bu xəbəri Movqe.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova verib. E. Alməmmədova bildirib ki, 3944 İİV-ə yoluxmuş insandan 1036-i (26,3%) Bakı şəhəri və Abşeron rayonunda, 2871-ı (72,8%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir: " Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 1541 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 240 nəfərə müalicə 2013-cü ilin 6 ayı ərzində başlanılıb".

Sizin Reklam Yeriniz