Əlaqə Arxiv
news Image
2013.09.26
16:39
| A A A
Azərbaycan Türkiyə və İran arasında viza rejimini nə vaxt aradan qaldıracaq?
Elman Abdullayev: "Müzakirə və məsləhətləşmələr ekspertlər səviyyəsində davam edir”

Azərbaycanın Türkiyə və İran arasında viza rejiminin aradan qaldırılması üçün ekspertlər səviyyəsində müzakirələr davam etdirilir. Bu sözləri Movqe.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib. E. Abdullayev deyib ki, hazırda tərəflər arasında viza rejiminin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır: "Müzakirə və məsləhətləşmələr ekspertlər səviyyəsində davam edir". 

Qeyd edək ki, Türkiyə tərəf hələ  2007-ci ildən Azərbaycanla arasında viza rejimini ləğv edib. İranın 2010-cu ildən Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Azərbayca Milli Məclisinin İran İslam Respublikası və Azərbaycan Respublikası arasında sərhəd sakinlərinin sadələşdirilmiş gediş-gəlişi üzrə memorandumun ləğvi ilə bağlı qərarı isə 2012-ci ilin dekabrın 25-dən icraya qoyulub. 


Sizin Reklam Yeriniz