Movqe.Az xəbər verir ki, Demokratik Cənubi Afrika Respublikasının banisi Nelson Mandelanın Johannesburgdakı evində müalicələrə cavab verdiyi bildirilib. Mandelaya çətin günlərində dəstək olan hər kəsə təşəkkür edən Dövlət Başçısı Ceykob Zuma, 3 ay xəstəxanada qaldıqdan sonra evinə gətirilən liderin sağlamlığı haqqında çox məlumat verməyib. BMT-in Mandelanın doğum günü olan 18 İyulu "Beynəlxalq Mandela Günü" elan etməsi ilə, Nobel Sülh Mükafatı sahibi liderin 95-ci yaş günü Cənubi Afrikada və dünyanın əhəmiyyətli mərkəzlərində qeyd olunmuşdu. Son 2 ildə 6 dəfə xəstəxanaya qaldırılan Mandela, son dəfə 8 İyunda ağciyər infeksiyası problemiylə Pretoriadakı hərbi xəstəxanaya qaldırılmış və 3 ay müalicə görmüşdü. Mandela uzunmüddətli xəstəxana müalicəsinin ardınca, sentyabrda yenidən evinə aparılmışdı.