Əlaqə Arxiv
news Image
2013.09.27
14:09
| A A A
Bakıda avtobus qarşısına çıxan “cip”i sürüdü

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Trend xəbər verir ki, günorta saatlarında Bakının Nizami rayonunda, "Xəzər" Universitetinin yaxınlğındakı dairədə "Lifan" markalı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

"Cip" tipli minik avtomobili dairədən çıxarkən əsas yolu gözləmədən düz yolla hərəkətdə olan sərnişinlə dolu avtobusun qarşısına çıxıb. Nəticədə avtobus "cip"i qarşısına qataraq bir neçə metr sürüyüb.

Trend həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Sizin Reklam Yeriniz