Nazir görüş vaxtını dəyişdi
Azərbaycan Respublikası təhsil nazirinin 1 oktyabr 2013-cü il
tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Nazirlikdən
verilən məlumata görə, nazirin qəbulu 8 oktyabr 2013-cü il tarixinə
keçirilib. Qəbulda iştirak etmək üçün vətəndaşlar 4, 5 və 7 oktyabr
2013-cü il tarixlərində saat 09:00-dan 18:00-dək Təhsil
Nazirliyinin Qəbul otağında və ya "Qaynar xətt" xidmətinin 146
nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.
Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı,
müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki
cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.