Tanınmış teleaparıcının avtomobilini soydular
Tanınmış teleaparıcı Vüsalə Tağıyevanın avtomobili naməlum şəxslər
tərəfindən soyulub. Aparıcı hadisənin təfərrüatlarını Milli.az-a
danışıb."Həmin gün biz səhərə qədər çəkilişdə olmuşuq. Hadisə səhər
saat 6:00 radələrində baş verib. Naməlum şəxslər studiyanın
qarşısında saxladığım avtomobilə yaxınlaşaraq onun arxa iki
şüşəsini sındırıblar. Kosmetik vasitələrimi və pul kisəmi götürüb
qaçıblar.
Çölə çıxanda gördük ki, avtomobilin arxa yan şüşələri tamamilə sındırılıb. Polis çağırdıq. Artıq soyğunçular axtarışa veriliblər, ancaq hələ bir nəticə yoxdur. Onu da deyim ki, bu qarət kimlərsə tərəfindən qəsdən törədilməyib. Sadəcə olaraq, dələduzların etdikləri bir işdir. Çünki mənim ən azından heç kimlə düşmənçiliyim yoxdur".