Keniya Qızıl Xaç Cəmiyyəti ticarət mərkəzində baş verən hücum zamanı itkin elan edilən 61 insanın sayının 39-a düşdüyünü bildirib.İtkin düşənlərdən 14-nün sağ olduğu, 7-nin isə cəsədinin morqda olduğu qeyd edilir. Keniya hökuməti 21 sentyabr tarixində Əl-Şəbab qruplaşmasının törətdiyi hücum zamanı 67 insanın öldüyünü təsdiqləmişdi.
Qizil Xaç Cəmiyyəti hücum zamanı yaxınlarını itirərək onlara müraciət edən insanların daha sonra itkin yaxınlarını tapdıqlarında quruma məlumat verməmələri itkinlərin sayının çox görünmasinə səbəb olduğunu bəyan etdi.
Hadisə ilə bağlı artıq hökumət ciddi araşdırmalara başlayıb.Yaradılan komisiyaya başçılıq edən Ndungu Gethenji xalqın bu hadisəni yaşamasına səbəb olan təhlüksizlik yetərsizliyinin səbabinin nə olduğunu bilməyə haqqı olduğunu bildirib.Eyni zamnada o qeyd edib ki, xilasetmə əməliyyatında əsas məsuliyyətli şəxsin kimliyi də araşdırılacaq.Komisiya bu gündən öz faliyyətinə başlayacaq.