Əlaqə Arxiv
news Image
2013.10.01
12:00
| A A A
Samuxda 18 yaşlı qız özünü bıçaqlayıb

Samuxda ali məktəbə daxil ola bilməyən qız özünü bıçaqlayıb.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Samux rayon İnstitut qəsəbə sakini, 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir.

 

Samux rayon Polis Şöbəsindən bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də, sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbiləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz