Əlaqə Arxiv
news Image
2013.10.01
14:41
| A A A
Gülər Əhmədovanın məhkəmə prosesinin təxirə salınmasının səbəbi aydın olub-Eksklüziv

Sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesinin təxirə salınmasının səbəbi aydın olub. Etibarlı mənbələrdən Movqe.az-a verilən məlumata görə, Gülər Əhmədovanın məhkəmə prosesinin sentyabr ayının 30-da keçiriləcəyi ilə bağlı yayılmış məlumat yalnış olub: "Əslində məhkəmənin sentyabr ayının 30-da keçiriləcəyi xəbəri səhv idi. Çünki həmin günə G. Əhmədovanın məhkəməsi təyin olunmamışdı.  Cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. G. Əhmədova ilə bağlı istintaq materialları bir neçə cilddən ibarətdir. Bir həftəyə hakimin işlə tanış olması mümkünsüzdür. Ona görə də, məhkəmə əvvəlcədən istintaq materiallarının həcminin çox olması nəzərə alınaraq oktyabrın 21-ə təyin edilib".  

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Sizin Reklam Yeriniz