Əlaqə Arxiv
news Image
2013.10.01
14:50
| A A A
Ər arvadının başını qırxıb qulağını kəsdi-Foto+Video
Üzü-gözü, bütün bədəni döyülməkdən göyərib. Sifətinin şişliyindən ağzını tərpədə, gözlərini aça bilmir. Qadın azyaşlı uşağının gözləri qarşısında həyat yoldaşı tərfindən vəhşicəsinə döyülüb. Tükürpədən hadisə Astaranın Kələdəhnə kəndində baş verib. Belə ki, Nisə Xəlilova adlı qadın 9 ilə yaxındır ailə qurub. O, ər evində son 3 ilini ağılasığmaz işgəncələr içində keçirib. Bir müddət ayrıldıqdan sonra yenidən ərinin yanına dönən gənc qadının başına nə gəlibsə bundan sonra gəlib. Sonuncu hadisədə Çingiz Mehdiyev qızıl üzüyü satmağa aparanda həyət yoldaşı Nisənin ona qarşı çıxması olub. Evdən gələn qışqırıq səslərinə yığışan qonşular mənzərəni görəndə dəhşətə gəliblər. Qadın əli qolu bağlı qan içində olub. Məlum olub ki, bu birinci hadisə deyilmiş. Gözü dönmüş Çingiz Mehdiyev Nisənin başını qırxıb, qulaqlarına da bıçaqla xəsarət yetirib.
Çingiz Mehdiyev polis tərəfindən nəzarətə götürülüb.

Sizin Reklam Yeriniz