Əlaqə Arxiv
news Image
2013.10.01
16:36
| A A A
Jurnalistlər üçün tikiləcək yeni binanın tenderinə üç şirkət qatılıb

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikiləcək yeni binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə üç şirkət qatılıb. Oktyabrın 1-də "Media forum" saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.


Vüqar Səfərli qeyd edib ki, hansı şirkətin qalib olacağı bu həftə bilinəcək: "Hazırda şirkətlərin irəli sürdüyü təkliflərə baxılır. Biz bütün sənədlərə baxdıqdan sonra ümumi protokol Satınalmalar üzrə Dövlət Agentliyinə göndəriləcək. Agentlik sənədləri təsdiq etdikdən sonra şirkətlərdən biri qalib elan olunacaq".


2015-ci ildə istifadəyə verilməsi planlaşdırılan bina 17 mərtəbəli və 3 bloklu olacaq.


Sizin Reklam Yeriniz