Əlaqə Arxiv
news Image
2013.10.01
16:11
| A A A
“1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə Suraxanı rayonunda tədbir keçirilib

1 oktyabr 2013-cü il tarixdə "1 oktyabr-Beynəlxalq Ahıllar günü" münasibəti ilə Suraxanı rayonunda tədbir keçirilmişdir. Rayonda yaşayan yaşlı insanlar üçün Bülbülə qəsəbəsində yerləşən "Bülbülə" şadlıq evində təşkil edilmiş mərasimdə  çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır.Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. 

Dövlətimiz ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il "1 oktyabr- Beynəlxalq Ahıllar günü" ölkəmizin hər yerində olduğu kimi Suraxanı  rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq Suraxanı rayonunda bu istiqamətdə müvafiq işlər görülür.

 Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı 6510 nəfər yaşayır. Onların hamısı dövlət  tərəfindən təqaüdlə təmin olunmuşlar və  əksəriyyəti ailələrdə yaşayırlar.Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.   

Hazırda rayonda 272 nəfər kimsəsiz ahıl yaşayır.70 yaşdan yuxarı olan bu insanların 217 nəfəri qadın və 55 nəfəri kişidir. Ahıl insanlar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınmışdır.Onlara xidmət olunur  və həyat tərzinə daim nəzarət edilir.

Qəsəbələrdə yerləşən poliknikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət   göstərilir.

Ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayon ərazisində yerləşən parklarda, mədəniyyət ocaqlarında xüsusi guşələr yaradılmış, Veteranlar eviləri tikilib istifadəyə verilmişdir. 

Yaşlı nəsilin problemlərinin həlli Rayon İcra hakimiyyətinin diqqət mərkəzində saxlanılır.  Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan "Qızıl Aypara" Cəmiyyətinin  rayon bölməsi, rayon Veteranlar  Şurası,  rayon Ağsaqqallar  Şurası  fəallıqları ilə fərqlənirlər.

Daha sonra tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Suraxanı Rayon Sosial-müdafiə Mərkəzinin direktoru Təvəkkül Mirzəyev, Böyük Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və ahılllar çıxış edərək bu zümrədən olan  insanlarin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.

"1 oktyabr-Beynəlxalq Ahıllar günü" münasibəti ilə rayonda təşkil olunmuş tədbirdə Səttar Bəhlulzadə adna Mədəniyyət Sayayının bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişlər.


Sizin Reklam Yeriniz