Əlaqə Arxiv
news Image
2013.10.01
18:53
| A A A
Prezident və xanımı Bilgəhdə pansionatın açılışında iştirak ediblər

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış olublar. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.bBildirilib ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüərək, çay süfrəsi arxasında söhbət ediblər. Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz