Əlaqə Arxiv
news Image
2013.10.02
15:35
| A A A
Azərbaycanda oktyabrın 4-dən hava kəskin şəkildə soyuyacaq

Fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir

Bakı və Abşeron yarımadasında oktyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, axşam şimal-qərb küləyinin sürəti 15-20 m/s, gecəyə doğru arabir 25 m/s-dək güclənəcək.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19, günün birinci yarısında 28 dərəcəyədək yüksələcək, axşama doğru 16-18 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

 

Nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8 dərəcə enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

 


Sizin Reklam Yeriniz