Əlaqə Arxiv
news Image
2013.10.02
15:41
| A A A
Cənub bölgəsində sürüşmə zonalarında monitorinqlərə başlanılacaq

Bu həftənin sonundan etibarən cənub bölgəsində sürüşmə zonalarında monitorinqlərə başlanılacaq. Bu məluatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovverib. S. Əmiraslanov bildirib ki, monitorinq cənub bölgəsində Lerik, Lənkəran və Astara rayonları ərazilərində sürüşməyə meyilli ərazilərdə aparılacaq: "Son günlər yağışların intensiv xarakter alması sürüşmə zonalarında aktivləşmələri daha da artırır. Bundan öncə Şamaxı və İsmayıllı zonalarında aparılan monitorinqlər təsdiqlədi ki, İsmayıllının bəzi kəndlərində sürüşmə zonalarında aktivləşmə hiss olunur.  Bu həftənin sonundan etibarən cənub bölgələrindəki sürüşmə zonalarında monitorinqlərə başlanılacaq. Bu monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq". 


Sizin Reklam Yeriniz