Əlaqə Arxiv
news Image
2013.10.02
19:40
| A A A
Ruhani sosial mediaya azadlıq verəcək

Movqe.Az xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın kürsüsünə oturduqdan sonra, şərhləri və islahatlarıyla ölkəsini beynəlxalq sanksiyalardan qurtarmağa çalışan İranın yeni prezidenti Həsən Ruhani hamını çaşdıran daha bir fəaliyyətə imza atıb. Cek Dorsey, qurucusu olduğu Tvitterdən İran prezidenti Həsən Ruhaniyə bir mesaj göndərib. Dorsey, Ruhaniyə Tvitter üzərindən bu sualı yönəldib: "Axşamınız Xeyir, Prezident, İran xalqı tvitlərinizi oxuyur?"

İran prezidenti Ruhani, ölkəsinin ən çox tənqid mövzulardan birində diplomatiya ənənəsini bir tərəfə buraxaraq Cek Dorseyə Tvitter üzərindən cavab verib. Ölkəsində tezliklə sosial mediaya azadlıq verəcəyini söyləyən Ruhani, Dorseyə belə deyib: "Axşamınız xeyir, Cek. "Christiane Amanpour "a qeyd etdiyim kimi, vətəndaşların ən fundamental hüququ olan qlobal məlumata rahatlıqla çatmalarını təmin etmək üçün əlimizdən gələni edəcəyik". İranda hazırda Twitter və Facebook kimi sosial media saytlarına giriş qadağandır. İran keçmiş prezidenti Mahmud Əhmədinejada qarşı edilən nümayişlərdə sosial medianın gücünü görən, İran rəhbərliyi sosial medianı qadağan etmişdi. Ötən ay İranda Facebook və Twitterə qısa davamlı giriş təmin edilmişdi. Tehrandan edilən şərhdə, sözügedən saytlara qısa davamlı daxilolmanın texniki problemdən qaynaqlandığı deyilmimşdi.


Sizin Reklam Yeriniz